AzQAC Sumqayıt şəhər bölməsinin FMKD-nin üzvləri tərəfindən Gənclər evində "İlk Yardım" postu qurulub
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD-nin üzvləri tərəfindən Gənclər evində "İlk Yardım" postu qurulub
Fövqəladə Mobil Könüllü
Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri
icmalarda və məktəblərdə Mobil İlk Yardım Postları təşkil edirlər. İlk Yardım
Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri tərəfindən ən azı
ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirin əsas
məqsədi FMKD könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC-nin bölmələri
tərəfindən təqdim olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş
etdirməkdir. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları,
huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma,
sınıqlar, zəhərlənmələr və yanıqlar mövzuları ətrafında geniş məlumat verib və
praktiki məşğələlər nümayiş etdiblər. AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD
üzvləri tərəfindən Gənclər evində könüllülərə İlk Yardım vərdişləri haqqında
məlumat verilib. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD könüllülərinə
İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək
üçün daha çox şans verir.